İtkin düşən gənc qız tapılıb

İtkin düşən gənc qız tapılıb Ailəsinə təhvil verilib
Hadisə
26 Aprel , 2021 17:41
İtkin düşən gənc qız tapılıb

Bir müddət əvvəl itkin düşən 24 yaşlı Goranboy rayon sakini Aytəkin Hüseynova polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, Goranboy rayon, Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb və artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, A.Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq itkin düşüb.

Aytəkin Hüseynova
Aytəkin Hüseynova

Son xəbərlər

Orphus sistemi