İsmayıllıda yol qəzası olub, ölən və yaralanan var

İsmayıllıda yol qəzası olub, ölən və yaralanan var İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 Noyabr , 2020 07:14
İsmayıllıda yol qəzası olub, ölən və yaralanan var

İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunda, Zərgəran kəndi ərazisində qeydə alınıb.

"Ford" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində Ucar sakini, 1988-ci il təvəllüdlü Məmmədov İman Həmid oğlu dünyasını dəyişib, həmyerlisi, 1990-cı il təvəllüdlü Məmmədov Elnur Sayəddin oğlu ağır xəsarətlər alıb. E.Məmmədov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi