İsmayıllıda vələs və fıstıq ağaclarını qanunsuz kəsən şəxslər saxlanılıb

İsmayıllıda vələs və fıstıq ağaclarını qanunsuz kəsən şəxslər saxlanılıb İsmayıllıda meşə fonduna daxil olan ərazidə ağacları qanunsuz kəsən şəxslər müəyyən olunub
Hadisə
5 Dekabr , 2023 17:45
İsmayıllıda vələs və fıstıq ağaclarını qanunsuz kəsən şəxslər saxlanılıb

İsmayıllıda meşə fonduna daxil olan ərazidə ağacları qanunsuz kəsən şəxslər müəyyən olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllı rayonunun Zərnava kəndində meşə fonduna daxil olan ərazidə 20-yə yaxın vələs və fıstıq ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.

Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin ağacları kəsən 3 nəfər rayon sakini müəyyən olunub.

Hazırda faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Son xəbərlər

Orphus sistemi