İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu

İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu İsmayıllıda Bizlan kəndi ərazisindəki mağazadan tütün məmulatları, pul, telefon danışıq kartları, spirtli içkilər və müxtəlif qida məhsulları oğurlanması barədə RPŞ-yə müraciət olunub
Hadisə
101
6 May , 2021 12:53
İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu
Məhəmməd Əmrəliyev

İsmayıllıda Bizlan kəndi ərazisindəki mağazadan tütün məmulatları, pul, telefon danışıq kartları, spirtli içkilər və müxtəlif qida məhsulları oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlinin Balakən rayon sakini Məhəmməd Əmrəliyev və tanışı tərəfindən törədildiyi müəyyən edilib.

Keçirilən tədbirlərlə M.Əmrəliyev şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı onların bal məhsullarının satışı ilə məşğul olan şəxsin həyətyanı sahəsindən şüşə qablardakı 40 kiloqram balı və mürəbbələri də oğurladıqları məlum olub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,oğurluqda iştirak edən digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi