İsmayıllıda oğurluğa görə axtarışda olan şəxs saxlanılıb

İsmayıllıda oğurluğa görə axtarışda olan şəxs saxlanılıb İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğa görə axtarışda olan Salyan rayon sakini Valeh Kazımov Bakı şəhəri ərazisində tutularaq istintaqa təqdim olunub
Hadisə
19 May , 2021 16:47
İsmayıllıda oğurluğa görə axtarışda olan şəxs saxlanılıb
Valeh Kazımov
0 : 00
0 : 00

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğa görə axtarışda olan Salyan rayon sakini Valeh Kazımov Bakı şəhəri ərazisində tutularaq istintaqa təqdim olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, V.Kazımov bir müddət öncə tanışı Məhəmməd Əmrəliyev ilə birlikdə İsmayıllının Bizlan kəndi ərazisindəki mağazadan, eləcə də bal məhsullarının satışı ilə məşğul olan şəxsin həyətyanı sahəsindən bal oğurlamaqda şübhəli bilindiyi üçün barəsində axtarış elan edilib.

M.Əmrəliyev isə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün öncə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi