Bu gün saat 18:20 radələrində İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində Şahid İsgəndərov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən piyada, 2010-cu il təvəllüdlü Qobustan rayon sakini A.Cəfərovu vurub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda məktəblini sərnişin avtobusu vuraraq öldürüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Lahıc yolu istiqamətində baş verib.
Qəza nəticəsində Qobustan sakini, 2010-cu il təvəllüdlü Cəfərov Asəf Valeh oğlu dünyasını dəyişib.
İlkin məlumatlara əsasən, məktəblini turistləri daşıyan sərnişin avtobusu vurub.
Məktəblinin İsmayıllıda qonaq olduğu ehtimal olunur. Fakt araşdırılır.