İsmayıllıda məclis keçirən şəxs cərimələndi

İsmayıllıda məclis keçirən şəxs cərimələndi Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib
Hadisə
375
20 Aprel , 2021 15:27
İsmayıllıda məclis keçirən şəxs cərimələndi

İsmayıllıda polis əməkdaşları tərəfindən karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı rayonun Mican kəndi ərazisindəki evlərin birində məclis təşkil olunduğu müəyyən edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları həmin ünvana gəlib, ev sahibi Kərəm Yusubovla profilaktik söhbətlər aparılıb və barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi