İsmayıllıda qadını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

İsmayıllıda qadını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb İsmayıllıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Əhmədlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
3 Avqust , 2022 09:19
İsmayıllıda qadını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

İsmayıllıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Əhmədlinin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası avqustun 30-na təyin edilib.

Qeyd edək hadisə bu ilin fevralında İsmayıllı rayonunun Basqal qəsəbə tam orta məktəbin həyətində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü B.Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı iş yoldaşı olan Gülarə Qəhrəmanovanı bıçaqlayıb. Ağır bədən xəsarətləri alan qadın çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.

B.Əhmədliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi