İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə
  • 20 iyul, 2021
  • 23:40
İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alan var

İsmayıllı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə İsmayıllı-Qəbələ yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Rəhmanov Firdovsi Vaqif oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi