İsmayıllıda aptekdə nöqsanlar aşkarlanıb
Hadisə
- 31 mart, 2023
- 11:55
İsmayıllıda fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentlik əməkdaşları İsmayıllı şəhəri, Axundov küçəsində fəaliyyət göstərən “Buta Farm” MMC-yə məxsus aptekdə planlı yoxlama aparıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, rəflərin təmizliyinə nəzarətin zəif olduğu və üzərinin toz qatı ilə örtüldüyü, bir sıra bioloji aktiv qida məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışa çıxarıldığı müəyyən olunub.
Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Son xəbərlər
01:03
ABŞ və İsrailin hücumları nəticəsində İlamda 54 nəfər ölüb
Region00:45
Avropa çempionatının qalibi: Ən çətin rəqib elə özüməm
Fərdi00:37
Avropa İttifaqı martın 19-da İran və Ukraynanı müzakirə edəcək
Digər ölkələr00:32
İran Hörmüz boğazını bağlamaq niyyətində deyil
Region00:09
Ukraynanın sərbəst güləş üzrə Azərbaycan əsilli təmsilçisi Avropa çempionu olub
İdman00:06
İran ABŞ-la əlaqəli bütün neft və qaz infrastrukturunu məhv edəcəyi ilə hədələyib
Region23:50
Pentaqon: Avropa ölkələrinin əksəriyyəti İrana qarşı əməliyyatı dəstəkləyir
Digər ölkələr23:32
"Saudi Aramco" Ukrayna PUA-larının alınması ilə bağlı danışıqlar aparır
Digər ölkələr23:25