İşğaldan azad edilən ərazidə 1 ton 700 kq narkotik aşkarlandı

İşğaldan azad edilən ərazidə 1 ton 700 kq narkotik aşkarlandı Qubadlı rayonu ərazisində narkotik aşkar edilib
Hadisə
27 May , 2021 12:31
İşğaldan azad edilən ərazidə 1 ton 700 kq narkotik aşkarlandı

Qubadlı rayonu ərazisində narkotik aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Davudlu kəndi ərazisində yabanı halda bitən 1 ton 700 kiloqram çəkidə 3031 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Son xəbərlər

Orphus sistemi