İrandan Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb Biləsuvar gömrük postunda İrandan idarə etdikləri "Scania" və "Mercedes Benz" markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb
Hadisə
27 Aprel , 2021 13:09
İrandan Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Report" DGK-ya istinadən xəbər verir.

Belə ki, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri "Scania" və "Mercedes Benz" markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb.

Nəqliyyat vasitələrinə kinoloji xidməti itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4 400 ədəd üzərində "Manchester" yazısı olan siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi