İrandan Azərbaycana 23 kq narkotik gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 23 kq narkotik gətirilməsinin qarşısı alınıb Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixo­trop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Hadisə
334
5 Avqust , 2020 15:37
İrandan Azərbaycana 23 kq narkotik gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixo­trop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Avqustun 4-ü, saat 02:00 radələrində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Horadiz-İmişli istiqa­mətindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən qara rəngli “Hyundai” markalı 99-TF-671 dövlət nömrə nişanlı avtomobilin sürücüsü­nün özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Horadiz-Bakı avtomaqistral yolunun Bəhrəmtəpə qəsəbəsinin yaxınlığındakı ərazidə hərəkətdə olan avtonəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilin sürücüsünün 1989-cu il təvəllüdlü Cəbrayıl rayonunun Mehdili kən­dində anadan olan Səfərov Xəqani Aydın oğlu olması müəyyənləşdirilmiş, onun üzə­rinə və avtomobilə baxış keçirilən zaman ümumi təxmini çəkisi 23 kilo­qram 600 qram narkotik  vasitə və psixotrop maddəyə (1 kq 62 qr “marixuana”ya, 15 kq 256 qr “heroin”ə, 3 kq 964 qr “metamfetamin”ə, 2 kq 122 qr “həşiş”ə və 1460 ədəd “Metadon-40” həbinə) oxşar maddələraşkar olunaraq götürülüb. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi