Yuxarı

Ali Məhkəmədə İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq

Məhkəməyə hakim Gülzar Rzayeva sədrlik edəcək

Bakı. 5 yanvar. REPORT.AZ/ "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyev barəsindəki məhkəmə hökmünün dəyişdirilməsi üçün Ali Məhkəməyə kassasiya şikayəti verib.

Bu barədə “Report”a onun vəkili Cavad Cavadov bildirib.

Vəkil deyib ki, İ.Əliyevin məhkum olunmasına dair məhkəmə hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edilib. C.Cavadovun sözlərinə görə, işə yanvarın 26-da hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi