Yuxarı

Azərbaycanda institut direktoru dünyasını dəyişib

O, 2008-ci ildə Tərəqqi medalı ilə təltif edilib

Bakı. 29 iyul. REPORT.AZ/ Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Elmi-Tədqiqat Su Problemləri İnstitutunun direktoru Elçin Qənbərov vəfat edib. Bu barədə "Report"a ASC-dən məlumat verilib.

Qeyd edək ki, texnika elmləri doktoru Qənbərov Elçin Surxay oğlu 2008-ci ildə Azərbaycan Prezidentinin imzaladığı sərəncamla "Tərəqqi" medalı ilə təltif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi