İndiyədək 266 koronavirus xəstəsinə cinayət işi açılıb
- 08 dekabr, 2020
- 11:10
“Vətəndaşlar tərəfindən maskaların taxılması və sosial məsafə qaydalarına əməl edilməlidir. Ölüm hallarının baş verməsi hər birimizi narahat edir”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O xatırladıb ki, bəzən koronavirusa yoluxmuş şəxslərin küçələrdə gəzməsi halları baş verir:
“Bilərəkdən bunun həyata keçirilməsi digər insanların həyatını təhlükədə qoymaq deməkdir. 2020-ci ildə yaşayış yerini tərk edən koronavirus xəstələri barədə 266 cinayət işi açılıb. Həmin işlərdən 7-nə xitam verilib, 1-nin icraatı dayandırılıb, 23-nün isə istintaqı tamamlanaraq məhkəməyə göndərilib”.