İmişlidə yol qəzası baş verib, xəsarət alan var

İmişlidə yol qəzası baş verib, xəsarət alan var İmişlidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
22 İyun , 2021 08:34
İmişlidə yol qəzası baş verib, xəsarət alan var

İmişlidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun “Köhnə heyvan bazarı” adlanan ərazinin yaxınlığında qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində İmişli rayon sakini, 1960-cı il təvəllüdlü Abdullayev Bəhram Ayaz oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi