İmişlidə tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

İmişlidə tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Hadisə
7 Aprel , 2021 17:09
İmişlidə tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

İmişli rayonunda qətl törədən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə "Report"a İmişli Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin avqus ayının 17-də rayonun Buludlu kəndi ərazisində kənd sakini Əliyev Malik Fərəmuz oğlunun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin tanışı Məmmədov Abbas Elburus oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Malik Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Abbas Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi