İmişlidə səhhətində problem yaranan sürücü qəza törədib

İmişlidə səhhətində problem yaranan sürücü qəza törədib İmişlidə sürücü ürək tutmasından avtomobildə keçinib.
Hadisə
272
20 Noyabr , 2021 22:38
İmişlidə səhhətində problem yaranan sürücü qəza törədib

İmişlidə sürücü ürək tutmasından avtomobildə keçinib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun məcburi köçkünlərin yaşadığı Fin qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, Mingəçevirdə yaşayan Ağdam rayon sakini, 1966-cı il təvəllüdlü Quliyev Faiq Allahverdi oğlu idarə etdiyi “Renault” markalı minik avtomobili ilə İmişlidə yaşayan qardaşıgilə gələrkən qəfil halı pisləşib.

Bu zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb. F.Quliyev maşında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi