İmişlidə 5 evdən oğurluq edən şəxs saxlanılıb 

İmişlidə 5 evdən oğurluq edən şəxs saxlanılıb  DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Məmmədli Alim saxlanılıb. Araşdırmalar zam
Hadisə
13 Mart , 2024 08:31
İmişlidə 5 evdən oğurluq edən şəxs saxlanılıb 

İmişlidə silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Məmmədli Alim saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10 000 manatdan artıq pulunu və dəyəri 35 000 manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

A.Məmmədlinin digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Son xəbərlər

Orphus sistemi