İmişlidə qadına qarşı soyğunçuluq edilib

İmişlidə qadına qarşı soyğunçuluq edilib İmişli rayonunda soyğunçuluq hadisəsi olub
Hadisə
31 Mart , 2021 13:34
İmişlidə qadına qarşı soyğunçuluq edilib

İmişli rayonunda soyğunçuluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 30-da Bəhrəmtəpə qəsəbəsi ərazisində soyğunçuluq yolu ilə qəsəbə sakini G.Şahverənovanın içərisində 2 500 manat pulu, qızıl-zinət əşyaları və sənədləri olan çantasını talamaqda şübhəli bilinən həmyerlisi V.Quliyev müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi