İmişlidə oğurluq edən şəxs saxlanılıb

Hadisə
  • 15 fevral, 2021
  • 06:29
İmişlidə oğurluq edən şəxs saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmkəndlilərinə məxsus xirdabuynuzlu heyvanları oğurlayan şəxs müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, bir qrup İmişli rayon sakini RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Mayis Kərimov saxlanılıb.

Araşdırmalarla onun 8 baş qoyun oğurlamaqla həmkəndlilərinə 1 000 manata yaxın ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti