İmişlidə motosiklet avtomobillə toqquşdu

İmişlidə motosiklet avtomobillə toqquşdu İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1285
5 Avqust , 2020 23:27
İmişlidə motosiklet avtomobillə toqquşdu

İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 21:00 radələrində İmişli-Biləsuvar avtomobil yolunun rayonun Qızılkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı avtomobillə motosiklet toqquşub.

Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Orphus sistemi