İmişli sakini mağazanın tavanını söküb seyfdən 13 min manat pul oğurlayıb

İmişli sakini mağazanın tavanını söküb seyfdən 13 min manat pul oğurlayıb Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir
Hadisə
13 Fevral , 2021 12:38
İmişli sakini mağazanın tavanını söküb seyfdən 13 min manat pul oğurlayıb

İmişli Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən mağazaların birindəki seyfdən 12 800 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar olaraq, İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb.

H.Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12 800 manat məbləğində pulu oğurladığını etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi