İmişlidə bibisi oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

İmişlidə bibisi oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır İmişlidə qətl törətməkdə təqsirləndirilən Azad Mürsəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
5 Yanvar , 2022 17:24
İmişlidə bibisi oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
0 : 00
0 : 00

İmişli rayonunda qətl törətməkdə təqsirləndirilən Azad Mürsəlovun məhkəməsi başlayır.

"Report" xəbər verir ki, iş yekunlaşaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasını vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 18-də İmişlinin Çaxırlı kəndində qeyd alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Mürsəlov Azad Adil oğlu aralarında yaranan mübahisə zamanı bibisi oğlu, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Naqil oğluna çoxsaylı bıçaq zərbəsi endirərək onu öldürüb.

Hadisəni törədən A.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi