İmişlidə avtomobil traktora çırpılıb, xəsarət alanlar var

İmişlidə avtomobil traktora çırpılıb, xəsarət alanlar var İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 Dekabr , 2021 00:08
İmişlidə avtomobil traktora çırpılıb, xəsarət alanlar var

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “İsuzu” markalı minik avtomobili qarşıda gedən traktora çırpılıb.

Qəza nəticəsində Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Camalov Ceyhun Əsgər oğlu və 1993-cü il təvəllüdlü Orcuyev Xalid Sərxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi