İmişlidə ağır yol qəzasında üç nəfər yaralanıb - YENİLƏNİB

İmişlidə ağır yol qəzasında üç nəfər yaralanıb - YENİLƏNİB İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 İyul , 2021 23:44
İmişlidə ağır yol qəzasında üç nəfər yaralanıb - YENİLƏNİB
0 : 00
0 : 00

İmişli rayonu ərazisində baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-cı il təvəllüdlü Süleymanov İsmayıl Bəybala oğlu, 1982-ci il təvəllüdlü Şükürov Fəxri Cümşüd oğlu və 1979-cu il təvəllüdlü Bilalov Fəxrəddin Həsənzadə oğlu xəsarət alıblar.

Hər üç şəxs Boşçalılar kəndinin sakinləridir.

22:59

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Boşçalılar kəndində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi