İki qardaşın öldüyü qəza ilə bağlı məhkəmə başlayır

İki qardaşın öldüyü qəza ilə bağlı məhkəmə başlayır Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azər Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
663
30 İyul , 2020 09:43
İki qardaşın öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azər Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 11-ə təyin edilib.  

Qeyd edək ki, hadisə martın 31-də Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində baş verib. A.Həsənovun idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırması nəticəsində sərnişinləri - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif Alışanov hadisə yerində ölüb.

A.Həsənova Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. 
 

Son xəbərlər

Orphus sistemi