Maqadanda iki azərbaycanlı ölüb

Maqadanda iki azərbaycanlı ölüb Moskva. 8 yanvar. REPORT.AZ/ Rusiya Federasiyası Maqadan vilayətinin Susumanskiy rayonunda yaşayan azərbaycanlı ailənin iki üzvü dəm qazından boğularaq ölüblər.
Hadisə
8 Yanvar , 2019 11:37
Maqadanda iki azərbaycanlı ölüb

Moskva. 8 yanvar. REPORT.AZ/ Rusiya Federasiyası Maqadan vilayətinin Susumanskiy rayonunda yaşayan azərbaycanlı ailənin iki üzvü dəm qazından boğularaq ölüblər.

“Report”un Rusiya bürosunun əldə etdiyi məlumata görə, 1970-ci il təvəllüdlü Aslanova Mayisə Ağamirzə qızı və nəvəsi 2010-cü il təvəllüdlü Aslanov Ruslan Boran oğlu yaşadıqları evdə ölü tapılıblar.

Qonşuları tərəfindən aşkar edilən nənə və nəvənin evdə sobadan sızan dəm qazından boğularaq öldükləri aşkar edilib.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi