​Ağcabədidə iki avtomobil toqquşub, sürücülərdən biri yaralanıb

​Ağcabədidə iki avtomobil toqquşub, sürücülərdən biri yaralanıb Vətəndaş deformasiyaya uğramış avtomobildən çıxarılıb
Hadisə
11 Sentyabr , 2015 17:50
​Ağcabədidə iki avtomobil toqquşub, sürücülərdən biri yaralanıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ağcabədi rayonunda VAZ markalı minik avtomobili MAZ markalı yük avtomobili ilə toqquşub.

“Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Hadisə rayonun Bəhrəmtəpə-Mingəçevir yolunun 109-cu kilometrliyində baş verib. Nəticədə minik avtomobilinin sürücüsü bədən xəsarətləri alıb.

Hadisə yerinə gələn FHN-in yanğınsöndürən-xilasediciləri vətəndaşı deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib.

Son xəbərlər

Orphus sistemi