“İdeal Motors” “Aznur”u məhkəməyə verib

Hadisə
  • 18 iyun, 2021
  • 05:29
“İdeal Motors” “Aznur”u məhkəməyə verib

"İdeal Motors" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Aznur” MMC-ni məhkəməyə verib.

“Report”un xəbərinə görə, Bakı Kommersiya Məhkəməsinə müraciət edən "İdeal Motors" borc müqaviləsi üzrə tələb irəli sürüb.

İddia ərizəsi hakim Emin Əliyevin icraatına verilib. Məhkəmənin vaxtı hələlik məlum deyil.