​Azərbaycanda idarəetməni itirən avtomobil ağaca çırpılaraq yanıb - VİDEO

​Azərbaycanda idarəetməni itirən avtomobil ağaca çırpılaraq yanıb - VİDEO Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Oktyabr , 2015 11:15
​Azərbaycanda idarəetməni itirən avtomobil ağaca çırpılaraq yanıb - VİDEO

Bakı. 9 oktyabr. REPORT.AZ/ Lənkəranda avtomobil ağaca çırpılıb və yanmağa başlayıb. "Report"un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Lənkəran şəhəri ərazisindən keçən, 201-ci kilometrliyində baş verib.

Masallı rayon Təzə Alvadı kənd sakini 1991-ci il təvəllüdlü, Şərifov Ağabala Əlipənah oğlu idarə etdiyi 44-BU-294 nömrə nişanlı, "VAZ 2107" markalı avtomaşınla, yağışlı hava şəraitində idarəetməni itirərək yoldan çıxıb.

Avtomobil yol kənarında ağaca çırpılaraq yanmağa başlayıb. Sürücü yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan yaralının baş nahiyəsindən xəsarət aldığı və vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi