İdarə rəisi: "Azərbaycanın məhkəmə-hüquq sistemi Avropa standartlarına cavab verir"

İdarə rəisi: "Azərbaycanın məhkəmə-hüquq sistemi Avropa standartlarına cavab verir" "Azərbaycanın məhkəmə-hüquq sistemi və prokurorluq orqanlarının təcrübəsi Avropa standartlarına tam şəkildə cavab verir".
Hadisə
13 Oktyabr , 2023 17:22
İdarə rəisi: Azərbaycanın məhkəmə-hüquq sistemi Avropa standartlarına cavab verir

"Azərbaycanın məhkəmə-hüquq sistemi və prokurorluq orqanlarının təcrübəsi Avropa standartlarına tam şəkildə cavab verir".

“Report”un xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Gürcüstanda keçirilən "Uşaqların hüquqlarının müdafiəsi və cəmiyyətə inteqrasiyası" adlı beynəlxalq konfransda deyib.

O, tədbir çərçivəsində bir çox ölkələrin təcrübələri ilə tanış olduğunu bildirib: “Gürcüstanda hüquqpozma törətmiş azyaşlıların müdafiəsi aidiyyəti qanunvericiliyin qəbulu, ixtisaslaşmış qurumların təsis olunması və təkmilləşdirilməsi yolu ilə həyata keçirilir. Onlar 12 ildən çoxdur ki, bu təcrübəni həyata keçirirlər”.

Baş Prokurorluq rəsmisi vurğulayıb ki, toplantıda azyaşlıların məsuliyyətə cəlb olunması üçün nəzərdə tutulan alternativ üsulları müzakirə ediblər: “Azərbaycanın məhkəmə-hüquq sistemində və prokurorluq orqanlarında son dövrlər həyata keçirilən islahatlar, ixtisaslaşmış qurumların fəaliyyət göstərməsi və azyaşlıların hüquqlarının qorunması sahəsində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırdıq”.

Son xəbərlər

Orphus sistemi