​Bakıda sərnişin avtobusu yanıb

​Bakıda sərnişin avtobusu yanıb Hadisə Binəqədi rayonunda qeydə alınıb
Hadisə
3 Fevral , 2015 19:26
​Bakıda sərnişin avtobusu yanıb

Bakı. 3 fevral REPORT.AZ/ Bakının Binəqədi rayonunda sərnişin avtobusu yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, “TRANSQEYT ” MMC-yə məxsus “DAEWOO” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd arxa oturacaqlar yanıb. Yüksək temperaturdan avtobusun içərisində olan plastik materiallar əriyib. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi