İtkin düşmüş alpinist Fəridə Cəbrayılzadə dəfn edilib - YENİLƏNİB-2 - VİDEO - FOTO

İtkin düşmüş alpinist Fəridə Cəbrayılzadə dəfn edilib - YENİLƏNİB-2 - VİDEO - FOTO Videoəlavə olunub
Hadisə
17 May , 2018 15:56
İtkin düşmüş alpinist Fəridə Cəbrayılzadə dəfn edilib - YENİLƏNİB-2 - VİDEO - FOTO
0 : 00
0 : 00

Videoəlavə olunub


*** 15:07

Masallı. 17 may. REPORT.AZ/ İtkin düşmüş alpinist Fəridə Cəbrayılzadə dəfn edilib.

"Report"un Cənub bürosu xəbər verir ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadə Masallı rayonunun Şərəfə kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları və kənd sakinləri iştirak edib. 


***13:59
Masallı. 17 may. REPORT.AZ/ İtkin düşmüş alpinist Fəridə Cəbrayılzadənin nəşi Masallı rayonuna çatdırılıb.

"Report"un Cənub bürosu xəbər verir ki, onun meyiti rayonun Şərəfə kəndinə gətirilib. 

Qeyd edək ki, F.Cəbrayılzadənin meyiti Şərəfə kənd qəbiristanlığında dəfn ediləcək.

Son xəbərlər

Orphus sistemi