Bakı. 20 noyabr. REPORT.AZ/ Füzuli rayonunda itkin düşən ruhi xəstənin meyiti su kanalından tapılıb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 21-də Füzuli rayonunda yaşayan ruhi xəstə Arzu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Böyük Bəhmənli kəndinin ərazisindən keçən su kanalında aşkar olunub.
O, noyabrın 18-də itkin düşüb.
Faktla bağlı araşdırmalar aparılır.