İtkin düşən daha 6 neftçinin cəsədi tapılıb

İtkin düşən daha 6 neftçinin cəsədi tapılıb Bunlardan iki cəsəd Xətai rayon morquna təhvil verilib
Hadisə
7 Dekabr , 2015 16:05
İtkin düşən daha 6 neftçinin cəsədi tapılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşənlərdən daha 6-nın cəsədi tapılıb.

"Report" xəbər verir ki,bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib.

Bunlardan iki cəsəd Xətai rayon morquna təhvil verilib. Bunlar Fuad Tahir oğlu Tağıyev və Ağa İzzət oğlu Mahmudovun meyitləridir.

Onlardan 4 nəfərinin cəsədi isə helikopterlə gətirlir və Sabunçu rayon morquna təhvil verilməsi nəzərdə tutulub. 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, cəsədlər qəza baş vermiş özüldən 65-70 km məsafədə tapılıb.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. 29 nəfərin axtarışı davam etdirilirdi.

Son xəbərlər

Orphus sistemi