İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbənin meyitinin axtarışları davam edir - ƏLAVƏ OLUNUB

İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbənin meyitinin axtarışları davam edir - ƏLAVƏ OLUNUB Bakı. 7 iyun. REPORT.AZ/ İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbə Elnur Babayevin meyitinin tapılması barədə məlumat təsdiqini tapmayıb.
Hadisə
6 İyun , 2018 16:05
İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbənin meyitinin axtarışları davam edir - ƏLAVƏ OLUNUB

Bakı. 7 iyun. REPORT.AZ/ İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbə Elnur Babayevin meyitinin tapılması barədə məlumat təsdiqini tapmayıb.

E.Babayevin yaxınları "Report"a bildiriblər ki, hazırda meyitin axtarışları davam edir. 

Qeyd edək ki, ötən gün İtaliyanın rəsmi qurumları gəncin meyitinin tapıldığını bildirmişdilər. 


*** 6 iyun. Saat 16:05 

İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbə Elnur Babayevin meyiti tapılıb.

"Report" xəbər verir ki, meyit dəfn edilməsi üçün Azərbaycana göndərilib.

Xatırladaq ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki göldə boğulub.

O, ailənin yeganə oğul övladı idi.

Son xəbərlər

Orphus sistemi