İstirahət günlərində ölkədə baş verən qəzalarda 2 nəfər ölüb, 22 nəfər yaralanıb

İstirahət günlərində ölkədə baş verən qəzalarda 2 nəfər ölüb, 22 nəfər yaralanıb Bütün hadisələrlə bağlı araşdırma aparılır
Hadisə
6 Fevral , 2017 12:05
İstirahət günlərində ölkədə baş verən qəzalarda 2 nəfər ölüb, 22 nəfər yaralanıb

Bakı. 6 fevral. REPORT.AZ/ İstirahət günlərində ölkədə 12 yol qəzası baş verib, 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, fevralın 4-ü respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Fevral ayının 5-də isə respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər yaralanıb. 

Bütün hadisələrlə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi