İstirahət günləri cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

İstirahət günləri cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib
Hadisə
29 Yanvar , 2018 08:15
İstirahət günləri cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Report

Bakı. 29 yanvar. REPORT.AZ/ Ötən istirahət günlərində respublikanın daxili işlər orqanları tərəfindən 164 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb.

“Report” xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, 27-29 yanvar tarixlərində axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Eyni zamanda daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi