Yuxarı

İstanbuldan gələn Azərbaycan vətəndaşında zərgərlik məmulatları aşkarlanıb

585 əyarlı qızıl məmulatın ümumi çəkisi 743 qram olub

Bakı. 14 iyul. REPORT.AZ/ İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Samir Axundova məxsus yüklər gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda zərgərlik məmulatlarının təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan yüklərə - çanta və sellofan paketin içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə S.Axundova məxsus çantanın və sellofan paketin içərisindən ümumi çəkisi 742,59 qram olan və 585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatları aşkar edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi