"Report" yerli KİV-ə istinadən xəbər verir ki, aeroport gömrüyünün əməkdaşları üç Azərbaycan və bir Türkiyə vətəndaşının yüklərində ümumi dəyəri 2 mln. türk lirəsi (təqribən 706,6 min manat) olan 5 519 ədəd qaçaq mobil telefonlar aşkar ediblər.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər iki qrupda işləyib. Qrupun biri telefonları Çindən gətirməli, digəri isə onları gömrükdən götürməli idi.
Fakt üzrə Bakırköy prokurorluğunda instintaq gedir.