İstanbulda mobil telefonların qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan vətəndaşları saxlanılıb

İstanbulda mobil telefonların qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan vətəndaşları saxlanılıb Onların yükündə 5 519 ədəd mobil telefon aşkarlanıb
Hadisə
25 Sentyabr , 2014 12:23
İstanbulda mobil telefonların qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan vətəndaşları saxlanılıb
Bakı. 25 sentyabr. REPORT.AZ/ İstanbuldakı Atatürk adına Beynəlxalq Hava Limanında üç Azərbaycan vətəndaşı saxlanılıb. 

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, aeroport gömrüyünün əməkdaşları üç Azərbaycan və bir Türkiyə vətəndaşının yüklərində ümumi dəyəri 2 mln. türk lirəsi (təqribən 706,6 min manat) olan 5 519 ədəd qaçaq mobil telefonlar aşkar ediblər.  

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər iki qrupda işləyib. Qrupun biri telefonları Çindən gətirməli, digəri isə onları gömrükdən götürməli idi.

Fakt üzrə Bakırköy prokurorluğunda instintaq gedir. 

Son xəbərlər

Orphus sistemi