Türkiyədə içərisində Azərbaycan vətəndaşlarının da olduğu gəmi qəzaya uğrayıb

Türkiyədə içərisində Azərbaycan vətəndaşlarının da olduğu gəmi qəzaya uğrayıb Bakı. 19 dekabr. REPORT.AZ/ Dekabrın 19-da İstanbulun Şile rayonu sahillərində qəzaya uğrayan, Komor Adalarına məxsus “Natalia” karqo gəmisində Azərbaycanın 10 vətəndaşı da var.
Hadisə
19 Dekabr , 2018 17:42
Türkiyədə içərisində Azərbaycan vətəndaşlarının da olduğu gəmi qəzaya uğrayıb
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ Dekabrın 19-da İstanbulun Şile rayonu sahillərində qəzaya uğrayan, Komor Adalarına məxsus “Natalia” karqo gəmisində Azərbaycanın 10 vətəndaşı da var.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayevin məlumat verib. 

Onun sözlərinə gör, məsələ ilə əlaqədar Türkiyə hökumətinin aidiyyəti qurumları ilə əlaqə yaradılıb: "Gəmidə xilasetmə işləri davam etdirilir. Azərbaycanlıların vəziyyəti ilə bağlı heç bir problem yoxdur. Məsələ ilə əlaqədar Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyində “qaynar xətt” yaradılıb".

Son xəbərlər

Orphus sistemi