İsmayıllıda yol qəzasında xəsarət alan gənclərdən biri ölüb - VİDEO - YENİLƏNİB

İsmayıllıda yol qəzasında xəsarət alan gənclərdən biri ölüb - VİDEO - YENİLƏNİB İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.
Hadisə
23 Oktyabr , 2019 18:45
İsmayıllıda yol qəzasında xəsarət alan gənclərdən biri ölüb - VİDEO - YENİLƏNİB

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Kürdmaşı kənd sakini, 1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu ağır bədən xəsarətləri aldığı üçün həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Digər yaralı T.Məcidovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.


*** 16:44

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsareət alan şəxslərin adları məlum olub. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, "Priora" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Ağayev Əhməd və Tərlan Məcidov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. 


*** 15:56

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı yolunun rayonun Quşencə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Priora" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət alıb. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi