İsmayıllıda yas zamanı evin döşəməsi çöküb, 6 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

İsmayıllıda yas zamanı evin döşəməsi çöküb, 6 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
527
25 Avqust , 2019 17:22
İsmayıllıda yas zamanı evin döşəməsi çöküb, 6 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***15:48

İsmayıllı rayonunun Balik kəndində yas mərasimi zamanı evin döşəməsi çöküb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sara Babayevaya məxsus olan ikimərtəbəli yaşayış evində baş verib.

B.Saranın həyat yoldaşı gecə saatlarında rəhmətə gedib. Mərasimə gələn kənd sakinləri eyvanda cənazəni ortadan qaldırarkən, evin döşəməsi insanların ağırlığına tab gətirməyərək çöküb. Dağıntı zamanı 6 nəfər müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı, Quliyeva Ofeliya Nadir qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi