İsmayıllıda qayınatasını öldürən şəxsə hökm oxunub

İsmayıllıda qayınatasını öldürən şəxsə hökm oxunub O, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
27 May , 2017 16:02
İsmayıllıda qayınatasını öldürən şəxsə hökm oxunub

Bakı. 27 may. REPORT.AZ/ Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tural Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Sadiq Əfəndiyev çıxış edib. O deyib ki, müvəkkili hadisədən sonra polisə könüllü təslim olub. 

Daha sonra məhkəmə kollegiyası hökmü elan edib. Məhkəmənin hökmü ilə T.Rüstəmov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi 2016-cı il avqustun 22-də İsmayıllı rayonunda baş verib. Rayon sakini, 1987-ci il təvəllüdlü Tural Rüstəmov münaqişə zəmnində qayınatası Roman Kərəmovu öldürüb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi