İsmayıllıda meyiti tapılan kişinin şəxsiyyəti dəqiqləşdirilir

İsmayıllıda meyiti tapılan kişinin şəxsiyyəti dəqiqləşdirilir Martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində tanınmaz halda olan naməlum kişi meyiti aşkar edilib.
Hadisə
7 Aprel , 2020 15:00
İsmayıllıda meyiti tapılan kişinin şəxsiyyəti dəqiqləşdirilir

Martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində tanınmaz halda olan naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, meyitin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, çölü isə mavi rəngli parça gödəkçə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb. 

Yaşı təxminən 30-40 arası, qan qrupu 3+dir.

Şəxsiyyəti istintaqa məlum olmayan, yuxarıda qeyd olunmuş əlamətlərə uyğun gələn şəxs barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 210-94-95 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi