İsmayıllıda iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Hadisə
  • 18 mart, 2019
  • 09:03
İsmayıllıda iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, yol qəzası nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Yaralılar:

Bakı şəhər sakinləri-

1964-cü il təvəllüdlü Qabil Hüseynov,

1970-ci il təvəllüdlü Sevinc Hüseynova,

İsmayıllı rayon sakinləri- 

1982-ci il təvəllüdlü Ramil Qarayev,

1962-ci il təvəllüdlü Həsən Allahverdiyev,

1954-cü il təvəllüdlü Niyaz Qarayev.


*** 12:56

İsmayıllı rayonunda minik maşınları toqquşub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunda, İsmayıllı rayonunun Qurbanəfəndi kəndi yaxınlığında qeydə alınıb. 

Qəza nəticəsində 5 nəfər xəsarət allb. 

Xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti