İsmayıllıda güclü külək və leysan yağış fəsadlar törədib - FOTO - VİDEO - YENİLƏNİB

İsmayıllıda güclü külək və leysan yağış fəsadlar törədib - FOTO - VİDEO - YENİLƏNİB İsmayıllıda baş verən təbii fəlakət nəticəsində Cənnət bağı istirahət mərkəzinin qarşısında dayanan avtobusun içinə sel suları və lil dolub. Avtobusun Gəncədən turist gətirdiyi bildirilir. Hadisə zamanı avtobusda sərnişin olmayıb.
Hadisə
10 İyul , 2019 13:31
İsmayıllıda güclü külək və leysan yağış fəsadlar törədib - FOTO - VİDEO - YENİLƏNİB

İsmayıllıda baş verən təbii fəlakət nəticəsində "Cənnət bağı" istirahət mərkəzinin qarşısında dayanan avtobusun içinə sel suları və lil dolub. Avtobusun Gəncədən turist gətirdiyi bildirilir. Hadisə zamanı avtobusda sərnişin olmayıb. 

Güclü külək nəticəsində rayon mərkəzində elektrik enerjisinin təchizatı dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib. Hazırda rayonda güclü külək və leysan yağış davam edir.


*** 00:45

İsmayıllı rayonunda güclü küləkleysan yağış bir sıra fəsadlar törədib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, təbii hadisə nəticəsində evlərə, ağaclara, elektrik xətlərinə ciddi ziyan dəyib.

Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub. Təbii hadisə zamanı rayonda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyü tamamilə qopub, yağış suları evə ciddi ziyan vurub. Ailə üzvləri qonşuların köməyi ilə təhlükəsiz yerə köçüb.

Son xəbərlər

Orphus sistemi